ABŞ bombardmançılarını İsveçə göndərdi

24-02-2024, 11:25           
ABŞ bombardmançılarını İsveçə göndərdi
ABŞ-nın Bombardmançı Əməliyyat Qrupuna məxsus iki “B-1B Lancer” təyyarəsi İsveçin şimalındakı Luleo-Kallaks aerodromuna eniş edib.

Bu barədə krallığın silahlı qüvvələrinin press-relizində bildirilib.

Məlumata görə, bombardmançı təyyarələr Norrbotten əyalətində “F-21” hava qanadının bir hissəsi olacaq.

“Bu keşməkeşli vaxtlarda, NATO-ya üzv olmaq ərəfəsində, sadiq tərəfdaşlara malik olmaq çox vacibdir. Biz dəfələrlə Bombardmançı Əməliyyat Qrupu ilə birgə təlimlərdə iştirak etmişik. Burada bütün hərəkətlər zəncirini – müşayiət və qarşılıqlı fəaliyyətə qədər təcrübədən keçirmişik. “B-1B Lancer”i birgə təlimlər üçün yenidən İsveçdə yerləşdirərək əməkdaşlığımızı davam etdiririk”, – İsveç Hərbi Hava Qüvvələrinin komandanı, general-mayor Yunas Vikman mətbuata açıqlamasında deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru