ABŞ-də casus şar şübhəsi

24-02-2024, 12:38           
ABŞ-də casus şar şübhəsi
ABŞ rəsmilərinin ölkənin qərb bölgəsində yüksək hündürlükdə uçan naməlum şarı təsbit edib izlədikləri barədə məlumat verilib.

NOCOMMENT.az “CBS news”ə istinadən xəbər verir ki, ilkin araşdırmalardan sonra hərbi təyyarə tərəfindən aşkar edilən şarın təhlükə yaratmadığı qeyd edilib.

Kolorado ştatı üzərində təxminən 12 min metr yüksəklikdə uçan şarın kimə aid olduğu və hansı məqsədlə buraxıldığı hələlik məlum deyil və şarın Corciya əyalətinə doğru uçduğu bildirilib.

Xatırladaq ki, ötən ilin fevralında ABŞ səmasında görünən və Çinə məxsus olduğu ortaya çıxan oxşar yüksək hündürlükdə hava şarı ölkədə uzun müddətdir ki gündəmdə idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru