"Acından ölən" Ermənistanda 300 min dollara avtomobil nömrəsi satıldı?..-FOTOLAR
26-02-2024, 11:27
Ermənistanın paytaxtı İrəvanda keçirilmiş hərracda "00 OO 000" avtomobil nömrə nişanı 300.000 dollara satılıb.
Moderator.az xəbər verir ki, tert.am-ın dünən gecə saatlarında yaydığı məlumata görə, bu barədə informasiya “Sürücünün Dostu” QHT-nin "Facebook" səhifəsində dərc edilib.
Xatırladılır ki, hərrac fevralın 23-də başlayıb.
"Ermənistan Daxili İşlər Nazirliyi aylar əvvəl elan etmişdi ki, tələbatı nəzərə alaraq, nəqliyyat vasitələrinin dövlət nömrə nişanlarının yeni partiyasını istifadəyə vermək və hərracda satmaq qərarına gəliblər. "00 OO 000" nömrə nişanının başlanğıc dəyəri ən yüksək olub: 20 milyon dram (təxminən 50 min dollar). Həmin nömrə üçün 98 iddiaçı irəli sürülüb"- xəbərdə belə deyilir.
Bu gün səhər saatlarında isə "Hraparak" Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat katibi Narek Sarkisyana istinadla belə bir məlumat yayıb: “00oo000 qeydiyyat nömrəsinin 121 000 000 AMD və ya 300 000 dollara alınması ilə bağlı yayılan xəbərlər doğru deyil. Elektron hərrac davam edir və fevralın 28-də başa çatacaq"... P.S. Biz də deyirik, Ermənistan acından ölür...