ABŞ ordusu kəşfiyyat məlumatlarını saxtalaşdırırmış

10-08-2016, 15:43           
ABŞ ordusu kəşfiyyat məlumatlarını saxtalaşdırırmış
ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığı İŞİD və “Əl-Qaidə” haqda əldə edilən kəşfiyyat məlumatlarını saxtalaşdırırmış.

Avropa.info xəbər verir ki, bu barədə ABŞ Konqresinin nümayəndələrinə istinadən “The Daily Beast” qəzeti yazıb. Saxtalaşdırma yolu ilə Vaşinqton İŞİD və “Əl-Qaidə” ilə mübarizəni özünə daha əlverişli şəkildə çatdırıb.

Gözlənilir ki, gələn həftənin sonu məsələ ilə bağlı aparılan istintaqın nəticələri çap edilsin. Mənbə bildirir ki, Barak Obama administrasiyasının məlumatların saxtalaşdırılmasına dair hərbçilərə əmr verməsi barədə qəti sübut yoxdur. Lakin istintaq göstərib ki, ABŞ ordu komandanlığının nümayəndələri kəşfiyyat məlumatları analizi üzrə mütəxəssislərə təzyiq edərək, terror təşkilatlarından gələn təhlükəni reallıqda olduğundan daha zəif göstərməyi tələb ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru