Pentaqon: Bu il F-16 qırıcıları Ukraynaya göndəriləcək 28-02-2024, 15:18 ABŞ bu il F-16 qırıcılarını Ukraynaya göndərəcək.Bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib."Biz F-16-ların bu il təhvil veriləcəyini proqnozlaşdırırıq", - deyə o bildirib.Rayder təyyarələrin Ukraynaya çatdırılmasının dəqiq vaxtını bildirməyib. Facebook-da paylaş