Qərbi Balkanlarda NATO-nun ilk hava bazası açıldı

5-03-2024, 08:54           
Qərbi Balkanlarda NATO-nun ilk hava bazası açıldı
Qərbi Balkanlarda NATO-nun ilk hava bazası Albaniyada açılıb
Bu barədə NATO-nun saytında məlumat verilib.

Alyansın bəyanatında bildirilib ki, aviabazanın açılışı bazar ertəsi, martın 4-də baş tutub. Albaniyanın paytaxtı Tiranadan 80 km cənubda yerləşən Kuçova şəhərində (1950-1990-cı illərdə bu məntəqə Stalin adlanırdı) köhnə hərbi aerodromun yerində tikilmişdir . Aviabazanın tikintisi üzrə işlərə 2019-cu ildə başlanılıb.

Hesabatda qeyd edilir ki, aviabaza “NATO-nun gələcək hava əməliyyatları üçün ən müasir mərkəzdir”. Onun “Albaniyaya xidmət göstərəcəyi və hərbi bloka logistik dəstək, hava əməliyyatları və təlimlər keçirəcəyi” gözlənilir.

Qeyd olunur ki, bu, Albaniyada NATO-nun ən böyük layihəsidir - təşkilat bazanın modernləşdirilməsini 50 milyon avroya maliyyələşdirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru