İranda nüvə bombası yaradılıb?

5-03-2024, 10:44           
İranda nüvə bombası yaradılıb?
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi İranın nüvə bombası hazırlaması barədə məlumatı olmadığını söyləyib.

O, bu barədə Vyanada keçirdiyi mətbuat konfransında bildirib:

“İranın nüvə silahlanmasına dair heç bir dəlil və ya işarə yoxdur”.

R.Qrossi əlavə edib ki, İran uranı 60%-ə qədər zənginləşdirən və onun ehtiyatlarını yaradan, amma nüvə silahı olmayan yeganə ölkədir.

“Bu, çox yüksək səviyyədir. Onların bunu etmək hüququ var. Eyni zamanda, yoxlama sistemi də olmalıdır”, - o fikrini izah edib.

Xatırladaq ki, fevralda Agentlik İranın demək olar silah dərəcəsində zənginləşdirilmiş uran ehtiyatının azaldığını və bu ehtiyatın üç atom bombası istehsal edə biləcək nəzəri həddən də aşağı olduğunu açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru