Krımda rus hərbçilərlə FTX əməkdaşları arasında atışma olub
11-08-2016, 23:07
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Valeri Kondrtyuk Krım sərhəddində Rusiya Silahlı Qüvvələri hərbçiləri ilə FTX-nin sərhəd xidməti arasında atşımanın olduğunu deyib. Bu barədə Ukrayna prezidentinin saytı məlumat yayıb.
Məlumata görə, toqquşma zamanı atıcı silahlardan sitifadə edilib. Hadisənin nə vaxt baş verdiyi barədə məlumat verilmir.