İsveçrəlilər özlərinə 13-cü pensiya təyin ediblər

5-03-2024, 18:14           
İsveçrəlilər özlərinə 13-cü pensiya təyin ediblər
İsveçrədə yaşlı insanların həyat səviyyəsi ilə bağlı keçirilən milli referendumda seçicilər özlərinə əlavə pensiya təyin ediblər. Onlar indi adi ödənişdən əlavə hər il noyabr ayında 13-cü ödənişi alacaqlar.

Səsvermənin nəticələrinə görə, İsveçrə Həmkarlar İttifaqları Assosiasiyasının təşəbbüsünü vətəndaşların 58,2 faizi dəstəkləyib. Hökumət pensiya ödənişlərinin artırılmasının büdcə üçün çox baha başa gələcəyi barədə xəbərdarlıq etsə də, bu, seçiciləri dayandırmayıb.

İsveçrədə biraylıq pensiya 2 550 avrodur (təxminən 4,7 min manat), amma bu məbləğ ölkədə yaşamaq üçün kifayət etmir. İsveçrədə yaşayış minimumu dünyada ən yüksəklərdən biri olaraq qalır. İcbari tibbi sığorta haqları sürətlə artır və pensiyaçılar onları ödəməkdə çətinlik çəkirlər.
Yeni qərar dövlət pensiyasını İsveçrənin ildə 13 dəfə ödənilən əməkhaqqı sisteminə uyğunlaşdırır. İnsanlar Milad bayramı ərəfəsində maddi dəstək və illik vergi ödəmələrinə kömək məqsədilə noyabr ayında əlavə ödəniş alırlar.

Mənbə: BBC












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru