Kanada 2015-ci ildən indiyədək 40 mindən çox ukraynalı hərbçiyə təlim keçib

8-03-2024, 08:44           
Kanada 2015-ci ildən indiyədək 40 mindən çox ukraynalı hərbçiyə təlim keçib
Kanada 2015-ci ildən indiyədək 40 mindən çox ukraynalı hərbçiyə təlim keçib.

“Report” xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Uilyam Bleyr Ottavada keçirilən təhlükəsizlik və müdafiə konfransında bildirib.

"Ukraynalılar digər məsələlərlə yanaşı, taktika, komandanlıq və ərazilərin minalardan təmizlənməsi üzrə təlim keçiblər. Ottava nə qədər lazımdırsa, Ukraynanı dəstəkləyəcək”, - o deyib.

Qeyd edək ki, 2023-cü ildə Kanadanın Baş naziri Castin Trüdo təlimlərin 2026-cı ilə qədər davam etdiriləcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru