Yunanıstanın baş naziri Rusiyanı düşmən adlandırıb

8-03-2024, 11:13           
Yunanıstanın baş naziri Rusiyanı düşmən adlandırıb
Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Avropa Xalq Partiyasının konfransında Rusiyanı Avropanın düşməni adlandırıb.

Gununsesi.info xəbər verir ki, o, bu barədə ölkənin ictimai televiziyası “ERT” məlumat yayıb.

“Avropa üçün bu qaranlıq saatda… biz Ukraynanı vahid cəbhə ilə dəstəkləmək əzmimiz olduğunu nümayiş etdirdik”, – siyasətçi vurğulayıb.

Mitsotakisin sözlərinə görə, Yunanıstan Ukraynanı həm iqtisadi, həm də hərbi cəhətdən dəstəkləməyə davam edəcək.

Qeyd edək ki, ötən gün Yunanıstanın Baş naziri Ukrayna lideri Volodimir Zelenski ilə görüşmək üçün Odessaya gedib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru