Kanada 155 mm-lik mərmi istehsalını artırmaq istəyir

8-03-2024, 13:03           
Kanada 155 mm-lik mərmi istehsalını artırmaq istəyir
Kanada Müdafiə Nazirliyi Ukraynada gedən döyüşləri nəzərə alaraq 155 mm-lik artilleriya mərmilərinin istehsalını artırmaq niyyətindədir.

"Cebhe.info" xəbər verir ki, bunu Kanadanın milli müdafiə naziri Uilyam Bleyr Ottavada keçirilən Təhlükəsizlik və Müdafiə Konfransında deyib.

“Ukraynada döyüşün xarakteri əhəmiyyətli dərəcədə dəyişib və bizim bu təcrübəni öyrənmək imkanımız var”, - o deyib. Bleyr qeyd edib ki, xüsusilə, çox miqdarda artilleriya mərmilərinə ehtiyac yaranıb.

"Buna görə də mən bu gün elan edirəm ki, biz “General Dynamics Ordnance and Tactical Systems” və “IMT Defence”a istehsalı modernləşdirməyi və 155 mm-lik mərmilərin istehsalı üçün gücü artırmaq üçün 4,4 milyon Kanada dolları (3,25 milyon dollar – red.) sərmayə qoyuruq”, - nazir əlavə edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru