Yaponiya uçan avtomobillərin istehsalına başlayır

8-03-2024, 12:24           
Yaponiya uçan avtomobillərin istehsalına başlayır
Yaponiyanın “Suzuki” və “Skydrive” şirkətləri uçan avtomobilin istehsalına başlayıblar.

Məlumata görə, “Skydrıve” (SD-05) Osakada keçiriləcək “Expo 2025” sərgisində təqdim edilməsi planlaşdırılır.

“Biz altı aydan çoxdur ki, istehsala hazırlaşırıq. Və biz hava nəqliyyatı inqilabına rəhbərlik etmək üçün daha çox çalışmaqda davam edəcəyik”, - deyə “Skydrive”ın baş direktoru Tomohiro Fukuzava bildirib.

Qeyd edək ki, “Skydrive” (SD-05) pilot da daxil olmaqla üç nəfərə qədər insan daşımaq üçün nəzərdə tutulub. Model 12 elektrik mühərriki ilə təchiz edilib və şaquli qalxma və enmə qabiliyyətinə malikdir. Uçan avtomobilin maksimal sürəti 100 km/saat, uçuş məsafəsi isə 15 km olacaq.

Uçan avtomobil 2026-cı ildə satışa çıxmalıdır. Bundan əvvəl avtomobil sertifikatlaşdırma və digər zəruri prosedurlardan keçməlidir.

Mənbə: Gazeta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru