Hər gün 2,2 mindən çox kiberhücum həyata keçirilir – BMT

8-03-2024, 15:17           
Hər gün 2,2 mindən çox kiberhücum həyata keçirilir – BMT
Dünyada hər gün 2,2 mindən çox kiberhücum baş verir və onların sayı hər il 80 faiz artır.
Yeniavaz.com xəbər verir ki, bu məlumatları Cenevrədə keçirilən brifinqdə BMT-nin ixtisaslaşmış qurumu olan Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) baş katibi Dorin Boqdan-Martin təqdim edib.
“Hər gün 2200-dən çox kiberhücumun olduğu bir dünyada özümüzü getdikcə daha az təhlükəsiz hiss edirik” - deyən baş katib BTİ-nin bu sahədə ölkələrə dəstəyini artırdığını vurğulayıb.
Qeyd edək ki, BTİ baş ofisi Cenevrədə yerləşən BMT-nin İKT sahəsində ixtisaslaşmış qurumudur. 1865-ci ildə əsası qoyulan BTİ qlobal radio spektrini və peyk orbitlərini idarə edir, şəbəkənin qarşılıqlı işləməsi üçün texniki standartlar hazırlayır və bütün dünyada İKT-yə çıxışı təşviq edir. Birliyin üzvləri 193 dövlət, o cümlədən 900-ə yaxın şirkət, universitet, beynəlxalq və regional təşkilatlardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru