Ukrayna MDB-nin daha iki sazişindən çıxıb 9-03-2024, 12:54 Ukrayna MDB-nin Silahlı Qüvvələr və Sərhəd Qoşunları haqqında sazişindən çıxıb.Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Radasının deputatı Aleksey Qonçarenko məlumat verib.Onun sözlərinə görə, 1991-ci il dekabrın 30-da Minskdə imzalan qərardan imtina Nazirlər Kabinetinin iclasında qəbul edilib.Qeyd edək ki, Ukrayna hakimiyyəti mütəmadi olaraq Rusiya, Belarus, Suriya ilə, eləcə də MDB çərçivəsində bağlanmış müqavilələrdən çıxdığını elan edir. Facebook-da paylaş