Avropa ABŞ-nin NATO-dan çıxmasına hazırlıq görməyə çağırır

10-03-2024, 09:41           
Avropa ABŞ-nin NATO-dan çıxmasına hazırlıq görməyə çağırır
“NATO-ya üzv olan Avropa ölkələri ABŞ-nin Alyansdan çıxacağı ssenariyə hazır olmalıdırlar”.

Bu barədə bir sıra xarici diplomatlar xəbərdarlıq ediblər.

Onların təxminlərinə görə, bu variant respublikaçı Donald Trampın ABŞ prezident seçkisində qalib gələcəyi təqdirdə mümkündür.

“NATO-nun üzvü olan Avropa ölkələrinin paytaxtları Donald Trampın təhdidləri fonunda öz hərbi imkanlarını planlaşdırmalı və yenidən düşünməlidir”, - məlumatda bildirilir.
Qeyd olunur ki, Trampın ABŞ-nin NATO-ya üzvlüyü ilə bağlı sözləri böyük narahatlıq doğurur. Digər diplomat qeyd edib ki, mövcud vəziyyət bir daha Avropa İttifaqının NATO-dan hədsiz dərəcədə asılı olduğunu nümayiş etdirib. Üçüncü mənbə Avropa paytaxtlarını hərbi planlaşdırmanı nəzərdən keçirməyə və dövrün tələblərinə uyğun yeniləməyə çağırıb.

Həmçinin, Trampın ABŞ-ni NATO-dan çıxara və Avropanın müdafiəsindən imtina edə biləcəyi ilə bağlı qorxular da var.

Mənbə: The Telegraph












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru