NATO lideri alyansın Ukraynanı müdafiə etmək hüququnu dəstəkləyir
1-06-2024, 11:54
NATO başçısı Yens Stoltenberq cümə günü alyansın Ukraynaya özünü müdafiə etməyə yardım etmək hüququnu dəstəkləyib ki, buna Kyivə NATO-nun təchiz etdiyi silahlardan istifadə edərək Rusiyadakı hədəflərə qarşı cavab atəşi açmağa icazə vermək daxildir.
Stoltenberq bunu Praqada NATO xarici işlər nazirlərinin görüşündən sonra müxbirlərə deyib. Görüş NATO müttəfiqləri, ABŞ və Almaniya, siyasətlərində dəyişklik edərək Ukraynaya onlara hücum edən və ya hücum etməyə hazırlaşan Rusiya qüvvələrinə qarşı Rusiyaya cavab atəşi açmağa icazə verdikləri bir vaxta təsadüf edib.
NATO görüşü iyul ayında Vaşinqtonda keçiriləcəyi gözlənilən NATO sammiti üçün planlaşdırma sessiyası kimi nəzərdə tutulmuşdu, ancaq müzakirələrdə gündəmi cavab atəşi açmaq məsələsi təşkil edib.
Rusiya Prezidenti Vladimir Putin bu həftənin əvvəlində NATO və ABŞ-ı siyasət dəyişikliyini nəzərdən keçirməklə müharibəni eskalasiya etməkdə günahlandırıb və bunun nəticələri olacağı barədə xəbərdarlıq edib.
Lakin Stolteberq cümə günü qətiyyətli bir cavab verərək “Açıq deyim, özünü-müdafiə eskalasiya deyil,” deyib. “Özünü-müdafiə fundamental hüquqdur. Ukraynanın öz xalqını qorumaq hüququ və məsuliyyəti var və bizim də Ukraynaya özünü-müdafiə hüquququ qorumağa yardım etmək haqqımız var.”
“Əlbəttə ki, bu, Rusiyanın xoşuna gəlmir,” o qeyd edib. “Putin NATO müttəfiqlərini Ukarynanı dəstəkləməkdən çəkindirmək istəyirdi. Amma biz bundan çəkinməyəcəyik.”
Birləşmiş Ştatlar cümə axşamı Ukraynaya Rusiyanı hədəf almaq üçün ABŞ-ın təchiz etdiyi silahlardan istifadə etməyə, amma bunu yanlız ölkənin ikinci ən böyük şəhəri olan Xarkivin yaxınlığında etməyə icazə verəcəyini bəyan edib.
Bu qərar böyük siyasət dəyişikliyinə işarədir. İndiyədək prezident Co Bayden Ukraynaya Rusiya ərazisinə hücumlar üçün Amerika silahlarından istifadə etməyə icazə verməkdən imtina edirdi. Məsələ ilə bağlı danışan ABŞ rəsmisi deyib ki, ABŞ-ın ATACMS (Ordu Taktiki Raket Sistemi) kimi tanınan uzun-mənzilli raketlərdən istifadəni qadağan edən siyasəti dəyişməyib.
ABŞ-ın qərarından sonra Almaniya da cümə günü Ukraynaya Almaniyanın təchiz etdiyi silahlardan istifadə edərək Rusiyaya cavab atəşi açmasına icazə verəcəyini elan edib.
Stoltenberqdən qısa müddət sonra Praqada müxbirlər önündə çıxış edən ABŞ Dövlət katibi Antoni Blinken izah edib ki, Ukrayna son həftələrdə ABŞ rəsmilərindən sərhədin digər tərəfində Rusiya qounlarına qarşı ABŞ silahlarından istifadəyə icazə vermələrini istəyib. Bu tələb prezidentə ötürülüb, Bayden də onu təsdiq edib.
Bundan əlavə cümə günü Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ilə məhbus mübadiləsini ean edib. Nəticədə 75 ukraynalı məhbus – həm mülki vətəndaşlar, həm də hərbi persoanl – evlərinə qayıdıb. Zelenski bunu İsveçdə Skandinav ölkələrinin liderləri ilə görüşdüyü bir vaxtda elan edib.
Rusiyanın RİA xəbər agentliyi Rusiya Müdafiə Nazirliyinə istinad eədərk, Ukraynanın BƏƏ-nin vasitəçiliyi ilə əldə olunan razılıq çərçivəsində 75 nəfəri təhvil verdiyini bildirib. Bu, təxminən son dörd ayda ilk məhbus mübadiləsidir.