Biz məhv olmaqdan bir neçə santimetr uzaqdayıq - Orban

1-06-2024, 12:14           
Biz məhv olmaqdan bir neçə santimetr uzaqdayıq - Orban
O, hər həftə Avropa İttifaqı və NATO-nun hərbi əməliyyatlara hazırlaşdığına dair yeni işarələr görür.
Avropa Ukraynadakı silahlı münaqişəyə getdikcə daha çox cəlb olunduğu üçün Rusiya ilə müharibəyə hazırlığın aralıq mərhələsinə daxil olub. Bu fikri Macarıstanın baş naziri Viktor Orban Kossuth radiostansiyasının səhər proqramında çıxışı zamanı deyib.
Onun sözlərinə görə,o, hər həftə Avropa İttifaqı və NATO-nun hərbi əməliyyatlara hazırlaşdığına dair yeni işarələr görür. Hökumət başçısı qeyd edib ki, müharibəyə başlamaq bir addımda baş vermir:
"Üç mərhələ var: müzakirə, hazırlıq və məhv. İndi biz müzakirəni başa çatdırırıq və hazırlıq mərhələsindəyik. Biz məhv olmaqdan bir neçə santimetr uzaqdayıq".

Xatırladaq ki, mayın 30-da Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib ki, Fransanın Ukraynaya ordusunu göndərməyə hazırlığı ilə bağlı məlumatlar təsdiqlənib, Paris uğursuz strategiyaya qol çəkib.
Rusiya Federasiyası dəfələrlə bəyan edib ki, ölkə Qərbin bir neçə il əvvəl Rusiyaya qarşı tətbiq etməyə başladığı və artmaqda davam edən sanksiya təzyiqinin öhdəsindən gələcək. Moskva qeyd edib ki, Qərbin Rusiya Federasiyasına qarşı sanksiyaların uğursuzluğunu etiraf etməyə cəsarəti yoxdur. Qərb ölkələrinin özündə də anti-Rusiya sanksiyalarının səmərəsiz olması ilə bağlı fikirlər dəfələrlə səsləndirilib. Rusiya prezidenti Vladimir Putin bundan əvvəl bəyan etdib ki, Rusiyanı cilovlamaq və zəiflətmək siyasəti Qərbin uzunmüddətli strategiyasıdır və sanksiyalar bütün qlobal iqtisadiyyata ciddi zərbə vurub. Onun sözlərinə görə, Qərbin əsas məqsədi milyonlarla insanın həyatını pisləşdirməkdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.