İranda bir ilk: Qadın prezidentliyə namizəd oldu

2-06-2024, 11:04           
İranda bir ilk: Qadın prezidentliyə namizəd oldu
İranda ilk dəfə qadın prezident seçkilərində namizəd kimi qeydiyyatdan keçib.
Bu barədə İran İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Eslami açıqla yayıb.
Zöhrə Elahian ölkədə keçiriləcək prezident seçkilərində iştirak etmək üçün sənədləri təqdim edib və namizəd kimi qeydə alınan ilk iranlı qadın olub.
Eyni zamanda, mayın 31-də üç iranlı qadın şərtlərə cavab vermədiyi üçün qeydiyyata alınmayıb.
“İslam İranı üzərində ümid günəşi doğacaq, mən öz ölkəmin qadın icmasının nümayəndəsi kimi prezident seçkilərində iştirak etmək üçün sənədləri seçki qərargahına təqdim edəcəyəm”, – Elahian sosial şəbəkədə yazıb.
İyunun 4-də prezident seçkilərində iştirak etmək üçün sənəd verənlərin sayı 17 nəfərə çatıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru