Zelenski Şanqri-La təhlükəsizlik konfransı üçün Sinqapura səfər edib

2-06-2024, 11:57           
Zelenski Şanqri-La təhlükəsizlik konfransı üçün Sinqapura səfər edib
Ukrayna Prezidenit Volodimir Zelenski şənbə günü Şanqri-La Dialoq konfransı üçün Sinqapurda səfərdədir. Orada onun ABŞ müdafiə naziri Lloyd Austinlə görüşəcəyi və nümayəndələrə müraciəti zamanı ölkəsinə dəstəyi müzakirə edəcəyi gözlənilir.

Konfransa gələndən sonra Zelenski X sosial media platformasında açıqlama yayaraq bildirib ki, o, Asiya-sakit okean regionu ölkələrindən 15-16 iyunda İsveçrədə planlaşdırılan sülh sammitinə dəstək toplamaq üçün gəlib.

“Ölkənin ən böyük ölkəsi tanınan sərhədlərə, beynəlxalq qanuna və BMT xartiyasına məhəl qoymayaraq, aclıq, qaranlıq və nüvə hədə-qorxusunə əl atdığı zaman qlobal təhlükəsizlik qeyri-mümkündür,” açıqlamada 2022-ci ildə Ukraynaya hərbi müdaxilə edən Rusiyaya istinadən bildirilib.

Bəyanatda bildirilib ki, Zelenskinin Sinqapur prezidenti Tarman Şanmuqaratnam və baş nazir Lorens Vonq, Timor-Leste prezienti Hose Ramos-Horta, Austin və sinqapurlu investorlarla görüşləri planlaşdırılıb.

ABŞ rəsmisi deyib ki, Zelenski və Ukrayna müdafiə naziri Rüstəm Umerov Austinlə “Ukraynaya hazrkı döyüş meydanı vəziyyətini müzakirə etmək və ABŞ-ın Ukrayanın özünü Rusiyanın aqressiyasına qarşı müdafiə etmək üçün ehtiyacı olanlara sahib olmasını təmin etmək öhdəliyini vurğulamaq üçün” görüşəcək.

Konfransı təşkil edən Beynəlxalq Strateji Araşdırmalar İnstitutu bildirib ki, Zelenski bazar günü “Qlobal Sülh və Rregional Sabitliyi Yenidən Nəzərdən Keçirmək” adlı müzakirə sessisiyasında iştirak edəcək.

Zelenski çərşənbə günü deyib ki, Rusiya İsveçrədə keçiriləcək sülh sammitini pozmaq istəyir. Zelenski ümid edit ki, həmin sammit Rusiya qoşunlarının geri çəkilməsi və Ukraynana 1991-ci il sərhədlərinin bərpasına dəstək toplayacaq.

Bu, Rusiya 2022-ci ilin fevralında Ukraynaya hərbi müdaxilə edəndən bəri Zelenskinin Asiyaya ikinci səfəridir. O, 2023-cü ilin mayında Yaponiyada Böyük Yeddilərin görüşlərində iştirak edib.

Rusiya son aylarda Ukrayna xəttlərinə qarşı hücumlarını təkrarlayıb və raket hücumların artırıb. Rusiya qoşunları Ukraynanın şərqi və cənubunda kiçik irəliləyişlər əldə edib, baxmayaraq ki, Kyivin müttəfiqləri sursat və başqa silahların göndərilməsini sürətləndirib.

Rusiya hərbi müdaxilədən bəri Şanqri-La Dialoqunda iştirak etməyib.

Birləşmiş Ştatlar bu il Ukraynaya silah üçün 61 milyard dollar təsdiqləyib. Həmin silahların bəziləri – Patriot raketləri və ATACMS dəqiq idarə olunan balistik raketləri – artıq ora çatıb.

Cümə axşamı ABŞ rəsmiləri bildirib ki, ABŞ Prezidenti Co Baydeni Ukraynayaya sərhədin Rusiya tərəfində Xarkiv ətrafındakı ərazilərə hücum etmək üçün istifadə olunan hədəfləri vurmaq üçün ABŞ silahlarından istifadə edə biləcəyini bildirib.

Rusiya Prezidenti Vlaimir Putin NATO üzvlərinə Ukraynaya onlarında islahlarından Rusiyaya atəş açmalarına icazə vermələrinı qarşı xəbərdarlıq edib və çərşənbə axşamı yünidən nüvə müharibəsi riskini təkrarlayıb.

İsveş də bu həftə təxminən 1 milyard dollar dəyərinə yeni təhlükəsizlik paketini təsdiqləyib ki, ona zirehli maşınlar və ilk dəfə olaraq həddindən artıq uzaq məsafələrdə belə havadakı hədəfləri görə bilən havadan xəbərdarlıq və nəzarət təyyarələri daxildir.

Şənbə günü Şanqri-La Dialoqunda çıxış edən Austin deyib ki, iki ildən çoxdur Rusiyanın hərbi müdaxiləsinə qarşı mübarizə aparan Ukrayna qüvvələrinə dəstək onu göstərib ki, dünya boyu ölkələr təcavüz qarşısında birləşə bilir.

Son 21 ildir Beynəlxalq Strateji araşdırmalar İnstitutu tərəfindən hər il Sinqapurda keçirilən Şanqri-La konfransı iyunun 2-də başa çatır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru