Nikahdankənar münasibət, milyard dollarlıq təzminat: Cənubi Koreyadakı boşanma hadisəsi gündəm oldu

2-06-2024, 15:54           
Nikahdankənar münasibət, milyard dollarlıq təzminat: Cənubi Koreyadakı boşanma hadisəsi gündəm oldu
Cənubi Koreyada boşanma məhkəməsində iş adamı Çey Tae-vonu keçmiş həyat yoldaşı Roh So-younqa təxminən bir milyard dollar ödəməsinə qərar verilib.

Bunun ölkə tarixində ən böyük boşanma məhkəməsi olduğu bildirilib.

Ölkənin ikinci ən böyük holdinqi "SK Group"un sahibi olan Çey 1,45 milyon dollar aliment ödəyəcək. Biznesmen üç milyard dollarlıq sərvətinin bir milyard dollarını da keçmiş həyat yoldaşının hesabına köçürəcək.

Cütlüyün boşanma səbəbi Çeyin nikahdankənar münasibətdən övladının olmasıdır.

Mənbə: NTV Haber












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru