Güclü daşqınlar Almaniya və İtaliyanı VURDU

2-06-2024, 12:16           
Güclü daşqınlar Almaniya və İtaliyanı VURDU
Leysan yağışlar Almaniyanın cənubunda və İtaliyanın şimalında daşqınlara səbəb olub.

İtaliyada 3 nəfər itkin düşənlər siyahısındadır.

Almaniyanın cənubundakı bəzi bölgələrdə daşqın xəbərdarlığı edilib, ən yüksək su səviyyəsi Qərbi Svabiya, Yuxarı Allqau və Yuxarı Bavariyada müşahidə olunub.

"Auqsburqda leysan yağışları və suyun səviyyəsinin artması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. Yaxın saatlarda suyun səviyyəsinin kəskin şəkildə artacağı gözlənilir. Fişax və Langenneufnax icmaları xüsusilə təsirlənəcək", - məlumatda deyilir.

Konstans gölü bölgəsinin də daşqın təhlükəsi ilə üzləşdiyi qeyd edilir. Baden-Vürtemberq ştatının Mekkenbeuren şəhərində 1300-ə yaxın insana təxliyyə tövsiyə olunub.

İtaliyada yerli KİV-lər ölkənin şimal-şərqindəki Natisone çayının daşması səbəbindən cümə günü 3 gəncin itkin düşdüyünü bildirir. Onlar kiçik bir adada olduqları və suyun sürətlə qalxması səbəbindən kömək çağırıblar. İndi onlar itkin düşənlər siyahısındadırlar, axtarışlar aparılır”, - yerli telekanal bildirib.

Mayın 19-da leysan yağışların Almaniya, Belçika və Hollandiyanın bəzi yerlərində daşqınlara səbəb olduğu, küçələri və binaları su basdığı ​​və insanların evakuasiyaya məcbur edildiyi bildirilmişdi.

Hüseyn İbadlı












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru