Bavariyada daşqın səbəbiylə təxminən 3 min insan təxliyə edilib

3-06-2024, 10:58           
Bavariyada daşqın səbəbiylə təxminən 3 min insan təxliyə edilib
Almaniyanın Bavariya federal əyalətində sel səbəbiylə təxminən 3 min insan təxliyə edilib.

“Report”un xəbərinə görə, bu barədə DPA agentliyi regional Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bavariyada təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün əməliyyata 20 minə yaxın təcili yardım xidmətinin əməkdaşı cəlb olunub.

Qeyd edək ki, “Kvirina” siklonu Almaniyanın cənubuna güclü yağışlar gətirib və bu da öz növbəsində daşqınlara səbəb olub. Bavariya və Baden-Vürtemberqin bəzi ərazilərində hər kvadratmetrə gündə 130 litrdən çox yağıntı düşüb.

Berlin və Münheni birləşdirən 9 nömrəli əhəmiyyətli avtomobil yolu Allershauzen və İnqolştadt arasında təxminən 50 km-lik bir hissə üçün nəqliyyat üçün bağlanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru