Polşa Belarusla sərhəddəki bufer zonasını geri qaytarır

3-06-2024, 10:44           
Polşa Belarusla sərhəddəki bufer zonasını geri qaytarır
Polşa tərəfi iyunun 4-dən Polşa-Belarus sərhədindəki bufer zonasını geri qaytarır.

Bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosiniyak-Kamış jurnalistlərə açıqlamasında bildirib.

“İyunun 4-dən Belarusla sərhəddə bufer zonası bərpa olunacaq. O, Qaynovski və Belastok rayonlarını əhatə edəcək”, - nazir vurğulayıb.

Bildirilir ki, bufer zonasının yaradılması qərarı qeyri-qanuni miqrantlardan birinin sərhədi keçmək istəyərkən Polşa əsgərini bıçaqlamasından sonra verilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru