Əhmədinejad yenidən prezident seçilə biləcəkmi?

3-06-2024, 16:44           
Əhmədinejad yenidən prezident seçilə biləcəkmi?
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad prezident seçkilərində namizədliyini verib.

Əhmədinejad 2005-ci ildən 2013-cü ilə qədər ardıcıl iki müddət İran İslam Respublikasının prezidenti olub. Onun ikinci müddəti 2009-cu ildə yenidən seçilməsi ilə bağlı şiddətli etirazlar və amansız repressiyalar ilə yadda qalıb.

O, prezident olmamışdan əvvəl Ərdəbil vilayətinin qubernatoru və Tehranın meri vəzifələrində çalışıb.

Gununsesi.info xatırladır ki, dövlət başçısı olduğu müddətdə Əhmədinejad Rusiya və ərəb dünyası ilə əlaqələrin gücləndirilməsinin tərəfdarı olub. Eyni zamanda, ABŞ administrasiyasını tənqid edib və İsrailə qarşı sərt bəyanatlar verib.

Əhmədinejadın dövründə İranın nüvə proqramının inkişafının sürətləndiyi güman edilir.

Əhmədinejadın prezidentliyi dövründə onunla İranın ali dini lideri Əli Xamenei arasında hakimiyyət mübarizəsinin kəskinləşdiyi ilə bağlı fikirlər yayılıb.

Bundan əvvəl Əhmədinejad seçkilərdə namizədliyini irəli sürmüş, lakin namizədliyi qeydiyyata alınmamışdı.

Xatırladaq ki, İranda növbədənkənar prezident seçkisi iyunun 28-nə təyin edilib.

Mayın 19-da İran ərazisində helikopterin qəzaya uğraması nəticəsində prezident İbrahim Rəisi və onun müşayiət edən şəxslər həlak olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.