ABŞ Ukrayna üçün əlavə HHM sistemləri alacaq

4-06-2024, 10:08           
ABŞ Ukrayna üçün əlavə HHM sistemləri alacaq
ABŞ administrasiyası Ukrayna üçün əlavə hava hücumundan müdafiə (HHM) sistemlərinin alınması ilə məşğuldur.
“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bildirib.

“Bir tərəfdən, Ukraynanın səmalarını raketlərdən qorumaq üçün hava hücumundan müdafiə sisteminə ehtiyacı var. Buna həm insanların həyatını, həm də Ukrayna iqtisadiyyatını xilas etmək üçün ehtiyac var. Hazırda ABŞ əlavə HHM sistemləri əldə etmək və Ukrayna arsenalında onların sayını artırmaq üzrə işləyir”, - o, Vaşinqtonda xarici siyasət məsələləri üzrə forumda çıxış edərkən deyib.

C.Sallivanın sözlərinə görə, Ukraynaya cəbhədəki hərbçilərini dəstəkləmək məqsədilə resurslar yaratmaq üçün iqtisadiyyat lazımdır.

“Müharibə səylərini necəsə dəstəkləyə, lakin Ukrayna iqtisadiyyatını dəstəkləməyəcəyimiz fikri effektiv hərbi kampaniya aparmaq haqqında bildiyimiz hər şeyə ziddir”, - o əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.