Medvedev Putinin NATO ilə müharibə edən ölkələrə silah vermək ideyasını dəstəklədi

7-06-2024, 15:34           
Medvedev Putinin NATO ilə müharibə edən ölkələrə silah vermək ideyasını dəstəklədi
Rusiya Prezidenti Vladimir Putin Sankt-Peterburqda xarici KİV rəhbərləri ilə görüşdə ABŞ və Şimali Atlantika Alyansı ölkələrinin əleyhdarlarını silahla təmin etmək ideyasını səsləndirilib.
Rusiya Prezidenti Vladimir Putinin ABŞ və NATO ilə münaqişədə olan ölkələrə silah tədarükü təklifi "xarici siyasətimizdə çox mühüm dəyişiklikdir".
Bu fikri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.
Medvedev qeyd edib ki, "ABŞ və müttəfiqləri üçüncü tərəflər tərəfindən Rusiya silahlarının birbaşa istifadəsini öz üzərilərində hiss etməlidirlər".
"Qoy hələ adı açıqlanmayan "regionların" Rusiya silahlarından istifadə etməsi onların və bizim rəqiblərimiz üçün mümkün qədər dağıdıcı olsun. Qoy "Kiyevə silah verən dövlətlərin həssas obyektləri" cəhənnəm alovunda yansınlar. Onları idarə edənlərlə birlikdə yansınlar", - Medvedev özünün "Telegram" kanalında yazıb.
Təhlükəsizlik Şurasının sədr müavini əlavə edib ki, Rusiya silahlarımızın ümumi düşmənlərə uğurlu zərbələri ilə sevinəcək.
Xatırladaq ki, Putin Sankt-Peterburqda xarici KİV rəhbərləri ilə görüşdə ABŞ və Şimali Atlantika Alyansı ölkələrinin əleyhdarlarını silahla təmin etmək ideyasını səsləndirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru