ABŞ-nin sursat ehtiyatları TÜKƏNİB

8-06-2024, 10:08           
ABŞ-nin sursat ehtiyatları TÜKƏNİB
ABŞ Ukraynanın tələb etdiyi artilleriya mərmilərini istehsal etmək gücünə malik deyil.

Bu barədə "Bloomberg" məlumat yayıb.

ABŞ əvvəl ayda 14 400 mərmi istehsal edirdisə, indi Vaşinqton 2024-cü ilin sonuna qədər ayda 100 000 mərmi səviyyəsinə çatmağa çalışır.

Agentlik qeyd edir ki, son aylarda ABŞ-nin 155 mm-lik mərmi ehtiyatı Ukrayna və İsrailə tədarüklər səbəbindən tükənib.

Rusiya prezidenti Vladimir Putin vurğulayıb ki, Ukraynanı yeni silahlarla təmin etmək cəbhədəki vəziyyəti dəyişməyəcək, əksinə, münaqişənin uzanmasına gətirib çıxaracaq. \\Redaktor.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru