ABŞ Qəzzadakı estakadanın təmir edildiyini, yardımın yaxında yenidən çatdırılacağını deyir ABŞ Qəzzadakı estakadanın təmir edildiyini, yardımın yaxında yenidən çatdırılacağını deyir
8-06-2024, 15:04
ABŞ ordusu bildirir ki, Qəzza zolağına dsniz vasitəsilə yardımın çatdırılması üçün nəzərdə tutulan estakada may ayının sonunda baş verən fırtına nəticəsində qırılandan sonra artıq təmir edilib.
ABŞ-ın Mərkəzi Komandanlığının rəhbərinin müavini vitse-admiral Brad Kuper cümə günü müxbirlərə deyib ki, ərzaq və başqa ləvazimatlar “mümkün qədər tez bir zamanda…yaxın günlərdə” Qəzzaya axın etməyə başlayacaq.
“Bu səhər Qəzzada ABŞ qüvvələri müvəqqəti estakadanı uğurla Qəzza sahilinə bağlayıb,” o deyib və əlavə edib ki, ordu İsrail Müdafiə Qüvvələri mühəndislərinin dəstəyi ilə “yerdə heç bir ABŞ əsgərinin olmamasına" dair siyasətini davam etdirir.
Kuper Amerikanın Səsinin sualına cavabında deyib ki, yardım artıq “oradadır” amma yardımın axını bərpa edilmədən öncə təhlükəsizlik tədbirləri yoxlanılır.
“Biz uğurla hərəkət edə bilməyimiz üçün bütün kommunikasiyaların yerində olduğundan əmin olmaq məqsədilə qüvvələri qorunmaq üçün təsdiqləmək istədiyimiz bir sıra tədbirlər var,” o bildirib.
Kuper bildirib ki, təmir olunan estakadada əməliyyatlar sürətləndiriləcək ki, hər gün estakada vasitəsilə Qəzzaya təxminən 227 min kiloqram ərzaq və ləvazimatlar çatdırıla bilsin.
CENTCOM-un rəhbər müavinin sözlərinə görə, ABŞ ordusu həmçinin eyni zamanda Qəzzaya havadan yardım çatdırmaq niyyətindədir.
Mayın 25-də güclü külək və dənizdəki sərt dalğalar səbəbilə estakadanın bir hissəsi qırılmışdı. Kuper bunun “gözlənilməz” olduğunu bildirmişdi. Missiyaya yardım edən ABŞ-ın dörd hərbi maşını suya düşüb, nəticədə üç hərbi qulluqçusu xəsarət almışdı. Onlardan birinin vəziyyəti hələ də kritikdir.
Estakadanın böyük bir hissəsi ayrılıb və təmir üçün İsrail limanına aparılıb.
ABŞ Senatın Silahlı Xidmətlər Komitəsinin yüksək səviyyəli respublikaçı senatoru Riçard Viker deyib ki, “Prezident [Co] Bayenin bu pis fikri təkrarlaması təəccüblüdür. Bu, yardımın ehtiyacı olan qəzzalılara uğurla çatdırılmasını təmin edəcək bir plan olmadan ABŞ əsgərlərini zərərli vəziyyətə salmağa davam edir. Buna dərhal son qoyulmalıdır.”
BMT yerdə yardımın qəbul edilməsi və paylanmasına nəzarət edir. Bu razılaşma, humanitar təşkilatarının dediyinə görə, fələstinli mülki vətəndaşlar üçün heç də kifayət olmayan yardımı artırmaq səyinin bir hisəssidir.
Yük maşınların uzun müddət İsrailin yoxlama məntəqələrində saxlanılması və İsrailin HƏMAS-a qarşı hərbi əməliyyatları səbəbilə Qəzzaya yardım çox yavaş çatdırılıb. Birləşmiş Ştatlar və başqa ölkələr son aylarda Qəzzaya onlarla dəfə havadan yardım çatdırıb, amma onlar daha az effektivdir və hava yolu ilə dəniz və ya quru yolu ilə müqayisədə çox daha az yardım çatdırmaq mümkündür.