Gürcüstanın əsas müxalifət partiyasının sədri istefa verib 8-06-2024, 18:58 Gürcüstanın ən böyük müxalifət təşkilatı olan "Vahid Milli Hərəkat” Partiyasının (UNM) sədri Levan Xabeişvili vəzifəsini tərk edib."Report"un yerli bürosu xəbər verir ki, bu barədə L.Xabeişvili keçirdiyi brifinqdə bildirib.O, istefa qərarını səhhətinə görə qəbul etdiyini açıqlayıb.UNM sədri postunda L.Xabeişvilini partiyanın parlament fraksiyasının rəhbəri Tina Bokuçavanın əvəz edəcəyi bildirilir. Facebook-da paylaş