Anqola və ABŞ hərbi əməkdaşlıq haqqında saziş imzalayıb

9-06-2024, 10:08           
Anqola və ABŞ hərbi əməkdaşlıq haqqında saziş imzalayıb
Anqola və ABŞ hökumətləri hərbi texnikanın maddi təminatı sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.

Gununsesi.info-nun məlumatına görə, bu barədə “Jornal de Angola” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Anqola ABŞ-ın köməyi ilə ordusunun texniki və əməliyyat imkanlarını genişləndirmək niyyətindədir. Söhbət müasir və yüngül zirehli texnikaların, nəqliyyat vasitələrinin və təyyarələrin istehsalından gedir.

Müqaviləni Anqolanın dövlət katibi Afonso Karlos Neto və Pentaqonun rəhbəinin köməkçisinin müavini Tressa Qenov imzalayıb.

2017-ci il anlaşma memorandumunda nəzərdə tutulduğu kimi, 2025-ci ildə Luandada hərbi əlaqələrin daha da gücləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru