İsrail Qəzzanı bombalamağa davam edir

9-06-2024, 11:04           
İsrail Qəzzanı bombalamağa davam edir
İsrail şənbə günü Qəzzaya bombardmanını davam etdirib. Eyni zamanda isə müharibə kabineti naziri hökumətin hərbi kampaniyanı yürütmə şəkli ilə bağlı artan təzyiqlər fonunda istefa verməyə hazırlaşır.

Şahidlər və AFP jurnalistlərinin bildirdiyinə görə, Qəzza zolağının müxtəlif hissələrinə zərbələr endirilib və belə görünür əsas hədəf fələstinli ərazinin mərkəzi hissələri olub.

Hücum İsrailin döyüş təyyarələrinin cümə axşamı BMT-nin idarə etdiyi məktəbə hücum edərək, Qəzza xəstəxanasının bildirdiyinə görə, 37 nəfərin ölümü ilə nəticələnməsindən sonra İsrailin hərəkətinin sual edilməsinə rəğmən davam edib.

İsrail ordusu Nüseyrat qaçqın düşərgəsinə hücum həyata keçirdiyini etiraf edib və bildirib ki, fələstinli islamçı qrup olan HƏMAS-ın bazasını hədəf alıb və 17 “terrorçu”nu öldürüb.

2007-ci ildən bəri Qəzzanı idarə edən HƏMAS ordunu “saxta məlumat” paylaşmaqda ittiham edib. Qrup bildirib ki, İsrailin ölü olduğunu bildirdiyi üç insan əslində hələ də sağdır.

Məktəbi idarə edən BMT-nin fələstinli qaçqınlar üzrə agentliyi UNRWA İsraili 6000 mindən çox köçkünün qaldığı obyektə zərbə endirdiyiniə görə qınayıb.

Agnetlik X sosial media platformasında paylaşdığı yazıda bildirib ki, “sığınacağa çevrilən məktəb əvvəlcədən xəbərdarlıq edilmədən” vurulub.

“BMT binalarını hədəf almaq və ya onlardan hərbi məqsədlər üçün istifadə etmək yeni norma ola bilməz. Buna son qoyulmalıdır və cavabdeh olanlar məsuliyyətə cəlb olunmalıdır,” o bildirib.

İsrail HƏMAS və onun Qəzzadakı müttəfiqlərini mülki infrastrukturdan, o cümlədən BMT-nin idarə etdiyi obyektlərdən əməliyyat mərkəzləri kimi istifadə etməkdə günahlandırır. Militantlar isə bu ittihamları inkar edir.

Artıq doqquzuncu ayına qədəm qoyan müharibə Qəzzada genişmiqyaslı dağıntəlara səbəb olub. HƏMAS-ın idarə etdiyi ərazinin səhiyyə nazirliynin məlumatına görə, hər 20 nəfərdən biri ya ölüb ya da xəsarət alıb. Qəzzanın 2.4 milyon əhalisinin çoxu didərgin düşüb.

Müharibə HƏMAS-ın oktyabrın 7-də əksəriyəti mülki şəxslər olmaqla 1200 nəfərin ölümü ilə nəticələnən hücumundan sonra başlayıb.

HƏMAS və başqa fələstinli silahlı qruplar həmçinin 151 nəfəri girov götürüb ki, onların təxminən 120-si hələ də Qəzzadadır.

Səhiyyə nazirliyinin məlumatına görə, İsrailin cavab olaraq başlatdığı hərbi hücum nəticəsində Qəzzada, əksəriyyəti mülki şəxslər olmaqla, ən azı 36 731 nəfər ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.