Tailand turistlər üçün rüsumdan imtina etdi

10-06-2024, 11:24           
Tailand turistlər üçün rüsumdan imtina etdi
Tailand hökuməti ölkəyə hava yolu ilə gələn xarici turistlərdən 300 baht (təxminən 8 dollar) rüsum almaq planlarından imtina edib.

Məlumata görə, ölkənin Baş naziri Settha Thaveesin 300 baht rüsumun alınması ilə yalnız qısa müddətdə gəlir əldə edilə biləcəyini deyib.

O qeyd edib ki, rüsum əvəzinə Tailanda gələn turistlər alış-verişə və istirahətə daha çox pul xərcləyə bilərlər ki, bu da öz növbəsində iqtisadiyyata və əhalinin gəlirlərinə müsbət təsir göstərəcək.

Xatırladaq ki, Tailanda səfər edən turistlər üçün vergi tətbiq etmək ideyası hələ 2019-cu ilin mayında yaranıb. Onun müəlliflərinin planına görə, verginin məbləği minimal olmalı və əldə olunan vəsait krallığın təbii obyektlərinin bərpasına yönəldilməli idi.

Ötən il Taillanda 27 milyondan çox əcnəbi səfər edib. Rekord nəticə 40 milyon xarici turistin gəldiyi 2019-cu ildə qeydə alınıb.

Mənbə: TASS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.