Ukrayna süqut etsə, Rusiya Baltikaya hücum edəcək - Polşa XİN başçısı

10-06-2024, 18:25           
Ukrayna süqut etsə, Rusiya Baltikaya hücum edəcək - Polşa XİN başçısı
"Ukrayna süquta uğrasa, Polşa və Baltikyanı ölkələr dərhal Rusiyanın hücumu təhlükəsi ilə üzləşəcək".

Modern.az BBC-yə istinadən xəbər verir ki, Polşanın xarici işlər naziri Radoslav Sikorski Varşavada jurnalistlərlə söhbətində deyib.

Qərb liderləri bu yaxınlarda Rusiyanın NATO ilə sərhəd ölkələrinə hücum təhlükəsini ciddi şəkildə nəzərdən keçirdiklərini bildiriblər. Sikorski bu narahatlıqlarla razıdır. Onun sözlərinə görə, Polşa hakimiyyəti sərhədi möhkəmləndirməyə başlayıb və ÜDM-in 4%-ni müdafiəyə xərcləyir.

Rusiya ilə gələcək münasibətlərdən danışan Sikorski deyib ki, “Polşa hakimiyyəti bütün rusları Putin rejimi ilə eyniləşdirmir” və “gələcəkdə demokratik Rusiyanın yaranmasına inamını itirməyib”.

"Rusiya hər zaman bizim ən yaxın qonşumuz olaraq qalacaq və ümid edirik ki, o, sülhsevər və mehriban qonşu olacaq", - Polşanın xarici işlər naziri vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru