Ermənistanda “Daşnakstyun”un ofislərində axtarışlar başlanıb –Partiyanın 10-a yaxın rəhbər şəxsi saxlanılıb
15-06-2024, 09:44
Ermənistanda “Daşnakstyun” partiyasının bir sıra ofislərində axtarışlar başlanıb, partiya strukturlarının 10-a yaxın rəhbəri saxlanılıb.
Azpost.info bildirir ki, bu barədə “Daşnaksütyun” Ali orqanının nümayəndəsi, “Ermənistan” blokundan olan deputat İşxan Saqatelyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, dünən internetdə yayılmış hansısa səs yazısından sonra istintaq orqanları cinayət işi açıb. “Bu gün səhər saatlarında “Daşnaksütyun” Vayk və Yeqqnadzordakı ofislərində axtarışlara başlayıblar. Partiya strukturumuzun 10-a yaxın rəhbər şəxsi saxlanılıb. Vəkillər onlarla əlaqə saxlaya bilmir. Hüquq-mühafizə orqanları hansısa ifadə almağa çalışırlar. Hazırda deputatlarımız rayondadırlar, onların yerini öyrənməyə çalışırlar”- deyə deputat qeyd edib.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanları müxalifətə qarşı nəsə böyük bir “iş tikir”.