Bayden yenidən donub qaldı: Köməyinə keçmiş prezident Obama gəldi - FOTO/VİDEO

17-06-2024, 17:07           
Bayden yenidən donub qaldı:
Son zamanlar boşluqlara baxan və olmayan stulda oturmağa çalışan, görüntüləri ilə səhhətində narahatlığını bəyan edən 81 yaşlı "ABŞ tarixinin ən yaşlı prezidenti" Co Bayden şənbə günü Los-Ancelesdəki Peacock Teatrında keçirilən xeyriyyə tədbirində yenidən səhnədə donub qalıb.

Tədbirin sonunda izdihamla salamlaşan keçmiş prezident Barak Obama bir müddət hərəkətsiz qalan Baydenin vəziyyətini görüb, onun köməyinə qaçıb, əlindən tutub səhnədən uzaqlaşdırıb.

Kameralar Obamanın kömək etdiyi və kürəyinə vurduğu Baydenin yeriməkdə çətinlik çəkdiyini də göstərib.
Qeyd edək ki, Baydenin son vaxtlar psixi sağlamlığı yaxşı deyil, danışarkən belə səhvlərə yol verir, eşidilməyəcək qədər alçaq səslə danışır.

Bu vəziyyəti ilə onun yenidən seçkilərə qatılacağı sual doğurur.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.