Finlandiya uran hasilatına başlayıb

19-06-2024, 12:04           
Finlandiya uran hasilatına başlayıb
Finlandiyanın mədən və kimya şirkəti “Terrafame” Avropa İttifaqında uran hasilatına başlayan ilk şirkət olub.

“Report” xəbər verir ki, bu barədə şirkətin press-relizində deyilir.

Artıq şirkət Finlandiyanın Radiasiya və Nüvə Təhlükəsizliyi Təşkilatından müvafiq icazə alıb.

“Terrafame” tərəfindən hasil edilən uran nüvə enerjisi istehsalında istifadə edilməzdən əvvəl sonrakı emal üçün xaricə daşınacaq. Ehtimal olunur ki, istismara verildikdən sonra zavod 2026-cı ilə qədər tam gücünə çatacaq.

Ən azı növbəti 30 ili əhatə edən istismar müddəti ərzində digər metallarla birlikdə uranın da istehsalını davam etdirmək planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru