Stoltenberq: NATO Yaponiya, Avstraliya və Cənubi Koreya ilə əlaqələri gücləndirəcək

19-06-2024, 12:34           
Stoltenberq: NATO Yaponiya, Avstraliya və Cənubi Koreya ilə əlaqələri gücləndirəcək
“Rusiya Prezidenti Vladimir Putinin KXDR-ə səfəri və Moskvanın bu ölkə, eləcə də Çin və İranla əlaqələrinin inkişafına cavab olaraq NATO Yaponiya, Avstraliya və Cənubi Koreya ilə əlaqələri gücləndirəcək”.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq ABŞ dövlət katibi Antoni Blinkenlə keçirdiyi mətbuat konfransında deyib.
O, həmçinin vurğulayıb ki, NATO öz təhlükəsizliyini qlobal səviyyədə təmin etmək niyyətindədir:

“Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreyaya səfəri bu ölkələr arasında, eləcə də Çin və İranla sıx əlaqələri təsdiqləyir. Bu həm də onu nümayiş etdirir ki, NATO təhlükəsizliyi regional deyil, qlobal xarakter daşıyır. Avropada baş verənlər Asiya üçün, Asiyada baş verənlər isə Avropa üçün vacibdir”.

Stoltenberq bildirib ki, Rusiyanın KXDR-in raket və nüvə proqramlarını dəstəkləməsi narahatedici məqamdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.