Gürcüstanda LGBT təbliğatına görə cərimə tətbiq edilə bilər

19-06-2024, 13:17           
Gürcüstanda LGBT təbliğatına görə cərimə tətbiq edilə bilər
Bu həftə Gürcüstan parlamentinin Hüquq Komitəsi digər məsələlərlə yanaşı, LGBT təbliğatına görə cərimənin tətbiqini nəzərdə tutan qanun layihələri paketinə baxmağa başlayacaq.

"Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında" konstitusiya qanunu layihəsi və qəbulda olan 18 qanun layihəsinin təşəbbüskarı parlament çoxluğu olub.

Yeniliklərə əsasən, eynicinsli nikahlar, cinsiyyətin dəyişdirilməsi, uşaqların qeyri-heteroseksual şəxslər tərəfindən övladlığa götürülməsi, LGBT-nin təbliği və onun təmsilçilərinin təhsil müəssisələrində və mediada yer alması, LGBT nümayişləri qadağandır.

Qanunları pozanlar üçün 800 laridən (təxminən 280 dollar - red.) 4000 lariyədək (təxminən 1400 ABŞ dolları - red.) məbləğində cərimə nəzərdə tutulub. Lakin bu normaların dəfələrlə pozulması Gürcüstanın Cinayət Məcəlləsinə edilən dəyişikliklərdə nəzərdə tutulan cinayət məsuliyyətinə səbəb olacaq. Dəyişikliklərə əsasən, pozuntunun təkrar törədilməsinə görə üç ilədək müddətə vəzifə tutma və ya fəaliyyətlə məşğul olma qadağası və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulub.

Mənbə: Sputnik Gürcüstan












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.