Tramp Bayden administrasiyasını “faşist rejim” adlandırıb

19-06-2024, 10:27           
Tramp Bayden administrasiyasını “faşist rejim” adlandırıb
ABŞ-ın keçmiş prezidenti Donald Tramp indiki Amerika lideri Cozef Baydenin administrasiyasını immiqrasiya siyasətinə görə “faşist rejim” adlandırıb.

Tramp Viskonsin ştatında Baydenin miqrasiya siyasətini belə şərh edib

“Baydenin qeyri-qanuni miqrantlar üçün amnistiyası Amerika demokratiyasına birbaşa hücum və Baydenin konstitusiya sistemimizi necə məhv etdiyini və onu korrupsioner və faşist rejimlə əvəz etdiyini göstərən başqa bir nümunədir. Bunlar faşistlərdir. Bunlar pis insanlardır”.

Bundan əvvəl CBS telekanalı mənbələrə istinadən məlumat vermişdi ki, Amerika administrasiyası ABŞ-da zəruri sənədlər olmadan yaşayan yüz minlərlə miqrantlara hüquqi status vermək niyyətindədir.

Qeyd edilib ki, tədbir ən azı 10 il ABŞ-da yaşayan və Amerika vətəndaşları ilə evli olan qeyri-qanuni miqrantlara şamil olunacaq. Onlara iş icazəsi və deportasiyadan qorunmağa zəmanət veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru