Ali Məhkəmə qərarı silaha nəzarət mövzusunu yenidən ABŞ seçkilərinin gündəminə gətirdi

20-06-2024, 16:14           
Ali Məhkəmə qərarı silaha nəzarət mövzusunu yenidən ABŞ seçkilərinin gündəminə gətirdi
ABŞ Ali Məhkəməsi keçən həftə yarı-avtomat tüfənglərin pulemyot kimi işləməsinə imkan verən qurğunun qadağası qərarını ləğv etdi. Bu qərar ABŞ prezident seçkilərində mərkəzi mövzulardan biri olan silaha nəzarətlə bağlı fikir ayrılığını yenidən gündəmə gətirdi.

Ehtiyat artıran qurğular silahlara dəqiqədə yüzlərlə güllə atmağa imkan verən əlavədir.

2018-ci ildə o zamankı prezident Donald Tramp onları qadağan etmişdi…

“Bu səhər mən ehtiyyat artıran qurğuların qadağası ilə yeni bir tənzimlənmə prosesini tamamlandım.”

Bu, 2017-ci ildə Las Veqasda 60 nəfərin ölümünə səbəb olan atışmadan sonra baş verdi.

Ehtiyat artıran qurğu ilə həmin silahlı otel pəncərəsindən 1000-dən çox atəş açmışdı.

Qadağanı keçən həftə ləğv edən Ali Məhkəmənin üstünlükdə olan mühafizəkar hakimləri bu qərar zamanı Trampın öz səlahiyyətlərini aşdığını bildirdi.

Silahlar ABŞ prezident seçkilərində mərkəzi mövzularından biridir.

Trampın seçki kampaniyası amerikalıların Ali Məhkəmə qərarına hörmət etməli olduğunu deyir. Keçən həftə Floridada seçicilərlə görüşən Tramp deyib ki, o, Konstitusiyanın İkinci Düzəlişini qoruyacaq.

Respublikaçılar partiyasının prezidentliyə namizədi Donald Tramp: “Biz silah sahiblərinin səs verməyinə nail olmalıyıq. Səs verməsən, silahını tezliklə itirəcəksən. Çünki onlar hər şeyi əlinizdən almaq istəyir. Onlar silahlarınızı əlinizdən almaq istəyir. Onlar sursatlarınızı əlinizdən almaq istəyir. Onlar İkinci Düzəlişi məhv etmək istəyirlər.”

Prezident Co Baydenin seçki kampaniyası Konqresi bu qadağanı qüvvədə saxlamağa çağırdı.

ABŞ vitse-prezidenti Kamala Harris: “Noyabr ayında seçicilərin verməli olduğu qərar haqda düşünəndə, bizim mövqemiz və keçmiş prezident arasında fərq kəskindir. Gəlin unutmayaq ki, sabiq prezident ölkədəki silah zorakılığı bağlı problemin “üstündən keçin” dedi. Gəlin buna ciddi yanaşaq. Anlayaq ki, bizim əhəmiyyətli məsələlərə təsir gücümüz var.”

Trampın Konqresdəki dəstəkçiləri silah sahiblərinin ehtiyat artıran qurğularından istifadəsinin lehinədir.

Respublikaçı Bayron Donald: “Ehtiyyat artıran qurğular silah zədəsi olan silah sahibləri üçün kömək vasitəsidir. Bu o demək deyil ki, onlar mülki əhalini hədəf alacaqlar. Heç vaxt elə olmayıb.”

Baydenin Konqresdəki dəstəkçiləri isə Ali Məhkəmənin qərarının daha çox həyat itkisinə səbəb olacağını deyirlər.

Adam Şiff, Nümayəndələr Palatasının üzvü, Demokrat: “Şübhəsiz ki, bu qurğuların istifadəsi ilə gələcək faciələr olacaq. Biz özümüzə sual verəcəyik – nə üçün bu vacibdir? Nə üçün belə şeylər yaşamalıyıq?”

Pew Tədqiqat Mərkəzinin araşdırmasına əsasən amerikalıların üçdə biri silah sahibidir. Noyabr seçkilərinə qədər Ali Məhkəmə silah hüquqları ilə bağlı daha bir işə baxacaq. Bu dəfə məişət zorakılığı nəticəsində mühafizə orderi alan şəxslərin silah ala bilib-bilməməsi ilə bağlı qərar veriləcək.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.