BMT İsrailə silah tədarükünü dayandırmağa çağırıb

21-06-2024, 08:58           
BMT İsrailə silah tədarükünü dayandırmağa çağırıb
BMT-nin insan haqları üzrə ekspertləri İsrailə silah və sursat tədarükünü dayandırmağa çağırıblar.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə onlar Cenevrədə yaydıqları bəyanatda bildiriblər.

Ekspertlər xəbərdarlıq ediblər ki, bu cür tədarüklər beynəlxalq cinayətlərdə, o cümlədən soyqırımda iştirak kimi qiymətləndirilə bilər.

"İsrailə silah və döyüş sursatı verilməsi insan hüquqlarının və beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması ola bilər və dövlətin beynəlxalq cinayətlərdə, o cümlədən soyqırımda iştirak riski yarada bilər", - bəyanatda deyilir.

Mütəxəssislər hesab edirlər ki, silah istehsalçıları hətta ixrac lisenziyalarına uyğun həyata keçirilsə belə, İsrailə silah tədarük etməyi dayandırmalıdır. Bəyanatda tədarükçü qismində BAE Systems, Boeing, Caterpillar, General Dynamics, Lockheed Martin, Northrop Grumman, Oshkosh, Rheinmetall AG, Rolls-Royce Power Systems, RTX və ThyssenKrupp və digərləri göstərilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.