Kim Çen Inın Putini gəzdirdiyi “Mercedes”... - Qaçaqmalçılıqla gətirilibmiş + FOTO

21-06-2024, 11:54           
Kim Çen Inın Putini gəzdirdiyi “Mercedes”... - Qaçaqmalçılıqla gətirilibmiş + FOTO
Vladimir Putinin Şimali Koreyaya dəbdəbəli səfəri başa çatsa da, səfər ətrafında müzakirələr davam edir.

“AzPolitika” xəbər verir ki, Almaniyanın “Bild” nəşrinin analitikləri səfərlə bağlı bir maraqlı detala diqqət çəkiblər.

Onlar müəyyən ediblər ki, Putin və həmkarı Kim Çen Inın Pxenyan meydanında dolaşdığı “Mercedes” əslində, Şimali Koreyaya qaçaqmalçılıq yolu ilə gətirilib. Nəşr qeyd edib ki, sözügedən avtomobil “Mercedes S-Klasse W221”-in genişləndirilmiş versiyasıdır və belə avtomobillər 2005-2013-cü illərdə Almaniyada istehsal edilib. Yaşı 10 ildən artıq olan və artıq köhnəlmiş sayılan bu alman avtomobili KXDR-ə qeyri-qanuni yolla idxal edilib, çünki beynəlxalq sanksiyalar bu ölkəyə hər hansı dəbdəbəli malların tədarükünü qadağan edir. Həmin avtomobil isə məhz bu kateqoriyaya aiddir.

Bu alman avtomobilinin eni bir metr yarım olan lyuku var. “Bild” yazır ki, iki liderin çətinliklə sığışdığı lyuka, üstəlik, tərcüməçinin də soxulması gülməli vəziyyət yaradıb və onlar faktiki olaraq, hərəkət edə bilməyiblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.