Niderland “F-16” qırıcılarını Ukraynaya yayda verəcəyinə söz verib

21-06-2024, 12:35           
Niderland “F-16” qırıcılarını Ukraynaya yayda verəcəyinə söz verib
Ukrayna artıq bu yay Niderlandın ona vəd etdiyi “F-16” qırıcılarını ala biləcək.

Bu barədə “The Guardian” qəzeti Qərbi Avropa ölkəsinin Müdafiə Nazirliyinin nümayəndələrinə istinadən məlumat yayıb.

“Bu yay təchizat baş tutacaq”, – Britaniya qəzeti Niderland Hərbi Hava Qüvvələrinin komandanı general Arno Stallmandan sitat gətirib. O, əlavə edib ki, ukraynalı pilotların təlimi çətin olub və təyyarələrə effektiv texniki xidmət göstərmək üçün təkcə pilotlar deyil, həm də texniki qulluqçular da yaxşı təlim keçməlidirlər.

Qırıcıların çatdırılma tarixlərini Niderlandın müdafiə naziri Kaysa Ollonqren də təsdiqləyib. O əlavə edib ki, Niderland da öz növbəsində təyyarələri mümkün qədər tez çatdırmaq istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru