Moskva təşvişdə: "İŞİD-Xorasan" təhlükəsi artır

22-06-2024, 09:54           
Moskva təşvişdə: "İŞİD-Xorasan" təhlükəsi artır
Əfqanıstanda terrorçu qruplaşmalar öz təsirlərini gücləndirir.

Bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

Onun fikrincə, terrorçu qrupların Qərb hərbçilərinin ölkədə qoyub getdiyi silahlara sahib ola bilməsi riskləri var:

"Rusiya Federasiyası İŞİD-Xorasan qrupunun terror fəaliyyətindən hələ də narahatdır".

Nebenzya qeyd edib ki, hazırkı Əfqanıstan hakimiyyətinin səylərinə baxmayaraq, terrorçular öz təsirlərini gücləndirir və daha çox terror aktları törətməklə vəziyyəti qəsdən gərginləşdirməyə davam edirlər. Rusiyalı diplomat BMT Təhlükəsizlik Şurasının iclası zamanı xəbərdarlıq edib ki, Qərb hərbçilərinin ölkədə qoyub getdiyi silahların terrorçuların silahlıların əlinə keçməsi təhlükəsi tamamilə realdır. \\BakuPost












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru