Seriallar və pullar: Cənubi Koreyadan KXDR-ə növbəti "hədiyyə"
22-06-2024, 12:18
Cənubi Koreya fəalları KXDR-ə yenidən dəstək mesajları göndərmək üçün hava şarlarından istifadə ediblər.
Hadisə sərhəd şəhəri Pxacu yaxınlığında baş verib.
Bildirilib ki, ümumilikdə 20 şar buraxılıb. "Havadan mesajlar" vasitəsilə Cənubi Koreya vətəndaşları şimali qonşularına təxminən 300 000 təbliğat vərəqəsi, Cənubi Koreya serialları olan USB-lər və nağd pul göndəriblər.
Qeyd edək ki, KXDR və Cənubi Koreya arasında hava yolu ilə "ismarışlar" mütəmadi davam edir. Ancaq Pxenyanın göndərdiyi bağlamalarda Seulun göndərdiklərindən fərqli olaraq tonlarla zibil olur.