Rusiya dövlət telekanalında ilk dəfə Türkiyə serialı yayımlanacaq

24-06-2024, 17:04           
Rusiya dövlət telekanalında ilk dəfə Türkiyə serialı yayımlanacaq
"Rossiya" telekanalında "Bahar" adlı Türkiyə serialı yayımlanacaq.

Bu barədə telekanalın və "Smotrim" media platformasının xarici kommunikasiyalar xidmətinin rəhbəri İqor Potapov məlumat verib.

Onun sözlərinə görə, bu, telekanal üçün cəsarətli bir addımdır və serial Türkiyədə istehsal edilən müxtəlif üslublu ekran işləri arasında "Rossiya"nın izləyiciləri üçün ən uyğun olanıdır.

Potapov qeyd edib ki, serial bir vaxtlar ailəsi naminə həkimlik karyerasını yarımçıq qoyan, lakin müəyyən hadisələr nəticəsində ilkin peşəsinə qayıtmağa qərar verən evdar qadının hekayəsindən bəhs edir.

"Burada dram və komediya elementləri var. Ümumiyyətlə, hər şey həyatda olduğu kimidir", deyə o bildirib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru