İran ofşor valyuta hazırlayır

24-06-2024, 10:23           
İran ofşor valyuta hazırlayır
"İran ofşor rial ideyasını inkişaf etdirir. Onun Rusiya ilə maliyyə əməliyyatlarında istifadə ediləcəyi planlaşdırılır".

Bu barədə İran Mərkəzi Bankının rəhbəri Məhəmməd Fərzin məlumat verib.

"Ofşor rial ideyası hazırlanır. Biz tezliklə Rusiya ilə sövdələşmələrdə ofşor rialın ilk layihəsini işə salacağıq", - deyə Fərzin rəqəmsal real layihəsinin təqdimat mərasimindən sonra bildirib.

Qeyd edək ki, rəqəmsal rial artıq ictimai dövriyyəyə buraxılır. Bu valyuta ölkədə maliyyə əməliyyatlarını sadələşdirmək və sürətləndirmək üçün nəzərdə tutulub. Beləliklə, müştərilər xüsusi proqram təminatı ilə yaradılacaq ştrix-koddan istifadə etməklə alış-veriş etmək və vəsait köçürmək imkanı əldə edəcəklər. Yenilik İranın ödəniş sisteminin səmərəliliyini artırmaq məqsədi daşıyır.

Mənbə: ura.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru