Ukrayna Prezidenti generalı vəzifəsindən azad edib

25-06-2024, 09:47           
Ukrayna Prezidenti generalı vəzifəsindən azad edib
Ukrayna Prezidenti generalı vəzifəsindən azad edib
Ukrayna Prezidenti Volodimir Zelenski general-leytenant Yuri Sodolun Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı vəzifəsindən uzaqlaşdırılmasına qərar verib.

Hürriyyət.az “UNIAN“a istinadən xəbər verir ki, bu barədə dövlət başçısı videomüraciətində məlumat verib.

Bildirilib ki, Sodolun yerinə briqada generalı Andrey Qnatov təyin ediləcək.

"Mən Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim", - Zelenski vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru