“Keçmiş sovet ölkələri arasında ən böyük maliyyə böhranı Azərbaycandadır”

5-09-2016, 20:56           
“Keçmiş sovet ölkələri arasında ən böyük maliyyə böhranı Azərbaycandadır”
“Mud Invester Servis” Azərbaycanın ölkədəki kapital üzərində müəyyən nəzərəti formalaşdırmalı olduğunu bildirib. Təşkilat həmçinin keçmiş sovet ölkələri arasında ən böyük maliyyə krizisinin məhz Azərbaycanda olduğunu qeyd edib.

Məqalədə o da bildirilir ki, pul-krediti siyasəti ölkədə özünü doğrultmayıb. Eyni zamanda, ölkədə dollar qıtlığı mövcuddur. Təşkil olunan valyuta auksiyonlarında isə təklif olunan dollar təlabatdan dəfələrlə azdır.
Hesabatda bildirlir ki, manat son dövrlərdə daha çox ucuzlaşmaya məruz qalıb və hazırki “məzənnə tarixçəsi” ilə keçmiş sovet ölkələrinin valyutaları ilə müqayisədə daha pis vəziyyətdədir. Hətta Azərbaycan manatı devalvasiya
səviyyəsinə görə Ukrayna qrivnasını da geridə qoyur.
(fins.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru